"Araz-Naxçıvan" "Kəpəz"ə qarşı - YENİLƏNİR
09.12.2025 - 09:17
Misli Premyer Liqasında XIV turun növbəti iki oyunu bu gün keçiriləcək.
Apasport.az xəbər verir ki, matçlardan biri Bakıda, digəri Sumqayıtda baş tutacaq.
Günün ilk matçında "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gələcək.
Qarşılaşma "Liv Bona Dea Arena"da, saat 17:00-da start götürəcək.
Naxçıvan təmsilçisi 20 xalla 6-cı, Gəncə klubu 6 xalla 11-ci pillədə qərarlaşıb.
0
0