Milli komandamız San Marinoya qarşı - YENİLƏNİR
09.06.2026 - 10:18
Milli komandamız San Marinoya qarşı - YENİLƏNİR

Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan milli komandamız San Marino ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, yığmamız iyunun 5-də keçirdiyi ilk görüşdə Malta millisinə 0:2 hesabı ilə məğlub olub.

Yoxlama oyunu

22:00. Azərbaycan – San Marino

Hakimlər: Marton Ruş, Balaş Şert, Balaş Şalai, Bençe Çsonka (hamısı Macarıstandan).
Sombatxey, "Haladaş" stadionu.