ÇL: "Liverpul" və "Barselona"dan qələbə - Günün nəticələri
10.12.2025 - 02:00
ÇL: "Liverpul" və "Barselona"dan qələbə - Günün nəticələri

UEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura bu gün start verilib. 

Apasport.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub. 

Türkiyənin "Qalatasaray" klubu Fransa təmsilçisi "Monako"ya məğlub olub. 

"Atalanta" doğma meydanda "Çelsi"dən üstün olub. 

Əvəzində digər ingilis klubu "Liverpul" digər İtaliya təmsilçisi "İnter"i səfərdə məğlub edib. 

"Barselona" Frankfurt "Antraxt"ını üstələyib. 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VI tur

9 dekabr

19:30. "Kayrat" (Qazaxıstan) - "Olimpiakos" (Yunanıstan) 0:1

21:45. "Bavariya" (Almaniya) - "Sportinq" (Portuqaliya) 3:1

00:00. "Atalanta" (İtaliya) - "Çelsi" 2:1 (İngiltərə)

00:00. "Barselona" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya) 2:1

00:00. "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə) 0:1

00:00. "Monako" (Fransa) - "Qalatasaray" (Türkiyə) 1:0

00:00. PSV (Niderland) - "Atletiko" (İspaniya) 2:3

00:00. "Yunion" (Belçika) - "Marsel" (Fransa) 2:3

00:00. "Tottenhem" (İngiltərə) - "Slaviya" (Çexiya) 3:0