Azərbaycanlı futbolçu istəyinə çatacaq: MİLLİDƏ DEBÜT EDƏ BİLƏR
31.10.2025 - 12:22
Azərbaycanlı futbolçu istəyinə çatacaq: MİLLİDƏ DEBÜT EDƏ BİLƏR

Xorvatiyada legioner həyatı yaşayan Rüfət Abdullazadə qarşıdakı ay milli komandada debüt edə bilər.

Apasport.az saytına verilən məlumata görə, “Varazdin”in formasını geyinən Abdullazadə bu dəfə milli komandaya dəvət alacaq.

Məlumata görə, baş məşqçi Ayxan Abbasov yarımmüdafiəçini DÇ-2026-nın seçmə mərhələsində Fransa və İslandiya ilə keçiriləcək oyunlara dəvət edəcək. U-21 yığmasının üzvü olmuş Rüfətin bu matçlarda meydana çıxıb-çıxmayacağı isə baş məşqçinin qərarından asılıdır.

Xatırladaq ki, Abdullazadə mövsümün əvvəlində “Səbail”dən ayrılaraq “Varazdin”ə keçib. Onun Xorvatiya klubu ilə müqaviləsi 2028-ci il mayın 31-nə qədərdir.

Qeyd edək ki, Azərbaycan – İslandiya oyunu noyabrın 13-ü saat 21:00-da 8-ci km qəsəbə stadionunda, Azərbaycan – Fransa matçı isə noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.