İliç arzusuna çatdı: Rəsmən "Partizan"da
09.06.2026 - 17:44
"Sumqayıt"dan ayrılan Saşa İliçin yeni iş yer müəyyənləşib.
Apasport.az xəbər verir ki, serbiyalı mütəxəssis karyerasını ölkəsində davam etdirəcək.
İliç özü üçün doğma olan "Partizan"ı çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı məşqçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Maraq üçün qeyd edək ki, İliç hələ "Sumqayıt"ın başına keçəndə müqaviləsinə "Partizan"dan təklif gəlsə gedəcəm" şərti əlavə etdirmişdi.
Saşa İliç 2024/25 mövsümündə "Sumqayıt"ın baş məşqçisi vəzifəsində çalışıb.
0
0