"Karvan-Yevlax"da növbəti ayrılıq: İCARƏ MÜDDƏTİ BAŞA ÇATDI
11.06.2026 - 15:43
"Karvan-Yevlax"da növbəti ayrılıq: İCARƏ MÜDDƏTİ BAŞA ÇATDI

"Karvan-Yevlax" Emin Rüstəmovla yolları ayırıb.

Apasport.az xəbər verir ki, bunu Yevlax təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Tərəflər arasında icarə müqaviləsinin müddəti başa çatıb. Emin "Karvan-Yevlax"ın heyətində 16 oyun keçirib.

Qeyd edək ki, komanda Misli Premyer Liqasında 2025/2026 mövsümünü sonuncu - 12-ci pillədə başa vuraraq I Liqaya yuvarlanıb.