
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində təmsilçimiz "Sabah" "Sent Patriks" səfərindən məğlubiyyətlə qayıdıb.
Apasport.az xəbər verir ki, matçdan sonra təşkil olunmuş mətbuat konfransında komandanın baş məşqçisi Krunoslav Renduliç oyun haqqında fikirlərini bölüşüb:
"Əvvəlcə rəqibi təbrik edirəm, onlar bu gün qələbəyə layiq idi. İlk 10-12 dəqiqə demək olar ki, topa nəzarət tamamilə bizim tərəfimizdə idi. Lakin sonra lazımsız səhvlər etdik, qərarları vaxtında verə bilmədik. İkinci hissə başadıqdan bir neçə dəqiqə sonra azlıqda qaldıq. Bütün bunların qarşısında nəticə bizim üçün yaxşıdır. Biz ilk 90 dəqiqəni 1:0 hesabı ilə uduzmuşuq, hələ heç nə həll olunmayıb".
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 15-i saat 20:00-da start götürəcək.
- Bakıda UEFA-nın PRO kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib
- “Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb
- Azərbaycanda daha bir stadion təmirə bağlanır - EKSKLÜZİV
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
- Ehtiram Quliyev: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir"