Milli komandamızda yeni məşqçi - Rəsmi
07.01.2025 - 10:06

Rəşad Eyyubov Azərbaycan milli komandasının məşqçisi təyin olunub.
Apasport.az xəbər verir ki, o, Fernandu Santuşun rəhbərlik etdiyi məşqçilər korpusunda çalışacaq.
R.Eyyubovla müqavilə 2028-ci ilə kimi nəzərdə tutulub.
Qeyd edək ki, Rəşad Eyyubov futbolçu karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə” klublarının formasını geyinib. O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib. 32 yaşlı mütəxəssis “Sabah” klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib.
- "Zirə"də yeni müqavilə: Rəşad Sadıqov braziliyalını buraxmadı
- Region Liqası: 1/4 finalın cütləri müəyyənləşib
- Diniyevin komandasında baş məşqçi dəyişikliyi: Tuncay Şanlı istefa verdi
- Aygün Kazımova və Aleyna Tilki dünya çempionatında səhnə alacaqlar
- "Trabzonspor"dan "Traktor"a dəstək: "Azərbaycan türklərinin qüruru" - FOTO
0
0