"Neftçi" 1800, "Qarabağ" 3200 manat cərimələnib
19.02.2025 - 13:32
AFFA İntizam Komitəsi "Neftçi" - "Qarabağ" (0:1) oyununda yaşananlarla bağlı qərarlarını açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Azarkeşlərin meydana kənar əşya atmasına görə "Neftçi" 800 manat, fanatların təhqiramiz ifadələr səsləndirməsinə görə 1000 manat cərimələnib.
"Qarabağ" dörd oyunçusunun sarı vərəqə almasına görə 700 manat, Kevin Medinanın (2 oyunluq cəza) qırmızı vərəqə almasına görə 1500 manat, azarkeşlərin təhqiramiz ifadələr səsləndirməsinə görə 1000 manat cərimələnib.
- “Mingəçevir” yox olmaq təhlükəsi ilə üz-üzə – Komandanın taleyi necə olacaq?
- “Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır
- “Qarabağ” Yankoviçlə bağlı yayılan xəbərlərə son qoydu - RƏSMİ AÇIQLAMA
- AFFA rəsmisinə beynəlxalq təyinat
- Afrikada ilin ən yaxşısı adına namizədlər: Osimhen və Salah siyahıdan kənarda
0
0