“Neftçi” “Şamaxı” ilə bacarmadı - YENİLƏNİB
16.08.2025 - 21:55
“Neftçi” “Şamaxı” ilə bacarmadı -  YENİLƏNİB

Misli Premyer Liqasında I tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün ölkə çempionatında daha bir qarşılaşma baş tutub.

“Neftçi” doğma meydanda “Şamaxı”nı sınağa çəkib. Matç saat 20:00-da start götürüb.

Görüşü Elçin Məsiyev idarə edib.

Oyunda qalib müəyyənləşməyib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, turun ilk görüşü - “Karvan-Yevlax” – “Qəbələ” oyunu heç-heçə (1:1) başa çatıb. Turun digər 2 görüşü isə sabah keçiriləcək.

Misli Premyer Liqası
I tur
16 avqust
20:00. “Neftçi” – “Şamaxı” 1:1
Baş hakim:
 Elçin Məsiyev
“Neftçi Arena”

“Neftçi”: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 9. Bassala Sambu, 27. Kristian Kostin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi

Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski,47. Murad Məmmədov, 36. Həsən Mahmudov, 77. Falaye Sako, 11. İmad Faraj , 10. Freddi Varqas, 22. Luis Ortis

Baş məşqçi: Samir Abasov

“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 5. Arsen Ağcabəyov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 7. Edqar Adilxanov, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 19. Abdullahi Şuaybu

Baş məşqçi: Ayxan Abbasov