"Neftçi"də 4 itki
16.02.2025 - 17:28
“Neftçi” Misli Premyer Liqasının 23-cü turunun “Qarabağ”la matçına itkilərlə çıxacaq.
Apasport.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Bərpa dövrünü davam etdirdiyi üçün fərdi məşğul olan Andrey Ştoqrin, zədəli Elvin Camalov, həmçinin komanda ilə birlikdə məşqdə iştirak etsələr də, hələ tam hazır olmayan Dembo Darbo və Rafael Quzzo “Qarabağ”la görüşü buraxacaqlar
Qeyd edək ki, “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:00-da başlanacaq.
- “Mingəçevir” yox olmaq təhlükəsi ilə üz-üzə – Komandanın taleyi necə olacaq?
- “Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır
- “Qarabağ” Yankoviçlə bağlı yayılan xəbərlərə son qoydu - RƏSMİ AÇIQLAMA
- AFFA rəsmisinə beynəlxalq təyinat
- Afrikada ilin ən yaxşısı adına namizədlər: Osimhen və Salah siyahıdan kənarda
0
0