
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, bununla da, 1/4 finalın bütün iştirakçıları bəlli olub.
Premyer Liqa klublarının I Liqa təmsilçiləri ilə mübarizəsində sensasiya yaşanmayıb. 6 elita klubu qələbə ilə növbəti mərhələyə yüksəlib.
Digər iki cütdə isə yüksək dəstə təmsilçilərinin dueli baş tutub. Bu matçlardan "Sabah" və "Zirə" qalib ayrılıb.
1/4 final cütləri isə belədir:
"Araz-Naxçıvan" - "Zirə"
"Səbail" - "Qarabağ"
"Kəpəz" - "Neftçi"
"Sabah" - "Sumqayıt"
Qeyd edək ki, 1/4 finalın ilk görüşləri 5-6 fevral, cavab matçları 27-28 fevral, yarımfinal 2-23 aprel, final isə iyunun 1-də baş tutacaq.
- Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ
- "Karvan" ev oyunlarını harada keçirəcək? - Süni ot örtüyü...
- “Neftçi” rəsmisi: “Samir Abasov gələndən çox şey dəyişib”
- FIFA referisi “Araz-Naxçıvan”ın oyununa təyinat alıb
- Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb