Orxan Əliyev rəsmən ”Turan Tovuz”da
08.01.2025 - 19:33

Orxan Əliyev karyerasını “Turan Tovuz”da davam etdirəcək.
Apasport.az xəbər verir ki, onunla 2025-26-cı illər mövsümünün sonunadək müqavilə bağlanılıb.
29 yaşlı futbolçu mövsümün əvvəlindən “Kəpəz”in formasını geyinirdi. Orxan cari mövsümdə 15 oyunda 4 dəfə fərqlənib.
Qeyd edək ki, Əliyev “Sumqayıt”, “Xəzər-Lənkəran”, “Zirə”, “Səbail”, “Araz-Naxçıvan”ın şərəfini qoruyub.
- "Zirə"də yeni müqavilə: Rəşad Sadıqov braziliyalını buraxmadı
- Region Liqası: 1/4 finalın cütləri müəyyənləşib
- Diniyevin komandasında baş məşqçi dəyişikliyi: Tuncay Şanlı istefa verdi
- Aygün Kazımova və Aleyna Tilki dünya çempionatında səhnə alacaqlar
- "Trabzonspor"dan "Traktor"a dəstək: "Azərbaycan türklərinin qüruru" - FOTO
0
0