Podolski fərqləndi, Rahilin komandası məğlub oldu
16.02.2025 - 09:22
Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, onun şərəfini qoruduğu "Radomyak" XXI turda səfərdə "Qurnik"in qonağı olub.
Zabje şəhərində keçirilən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Həlledici qolu tanınmış almaniyalı futbolçu Lukas Podolski vurub. Rahil bu görüşdə 90 dəqiqə meydanda olsa da, komandansını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, Məmmədovun komandası bu matçdan 21 xalla 15-ci pillədə qərarlaşıb.
- “Mingəçevir” yox olmaq təhlükəsi ilə üz-üzə – Komandanın taleyi necə olacaq?
- “Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır
- “Qarabağ” Yankoviçlə bağlı yayılan xəbərlərə son qoydu - RƏSMİ AÇIQLAMA
- AFFA rəsmisinə beynəlxalq təyinat
- Afrikada ilin ən yaxşısı adına namizədlər: Osimhen və Salah siyahıdan kənarda
0
0