"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda klub prezidenti Tahir Gözəl, baş direktor və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.
Toplantı zamanı klubun gələcək fəaliyyəti, idman nəticələri və təşkilati məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Rəhbər heyət tərəfindən görülən işlərlə bağlı hesabat təqdim olunub, həyata keçirilən layihələr və yeni mövsüm üçün nəzərdə tutulan planlar müzakirə olunub.
Görüş zamanı UEFA Çempionlar Liqasının cari mövsümündə istifadə olunan və komandanın futbolçuları tərəfindən imzalanmış rəsmi top klub prezidenti Tahir Gözələ təqdim edilib.
Sonda klubun qarşıdakı dövr üçün prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Komandanın beynəlxalq arenadakı rəqabət qabiliyyətinin artırılması, infrastruktur layihələrinin davam etdirilməsi və "Qarabağ"ın dayanıqlı inkişaf modelinin daha da gücləndirilməsi əsas hədəflər kimi müəyyənləşdirilib.
- “Qarabağ” “28 Mall”da yeni mağaza açacaq
- "İmişli"dən növbəti transfer – Fil Dişi Sahilindən yarımmüdafiəçi
- Serbiya Superliqasının baş katibi PFL-də – Əməkdaşlıq perspektivləri müzakirə olundu
- Prezident İlham Əliyev U-15 dünya çempionatının təşkili barədə Sərəncam imzalayıb
- "Zaqatala" baş məşqçisi ilə yollarını ayırdı – 9 illik yolun sonu