“Məqsədimiz ən üst pillələrdir. Baş məşqçimiz bizi kompakt şəkildə bir araya yığıb”.
Bu sözləri apasport.az saytına açıqlamasında “Qaradağ Lökbatan”ın futbolçusu Şahin Belajei deyib.
“Çox yaxşı oyun idi. Yeni qurulan komandayıq. Klub rəhbərliyi bizdən dəstəyini əsirgəmir. Gözəl günlər hələ qarşıdadır. İnşallah hər şey yaxşı olsun, yavaş-yavaş xallarımızı toplayaraq, yüksək pillələrdə yerimizi alacağıq. Hər şey yaxşıdır. Azarkeşlərimiz bizə çox dəstək olurlar.
Növbəti oyunlarda tək məqsədimiz 3 xal toplamaqdır. Meydana yalnız qələbə üçün çıxırıq. Yaxın gələcəkdə “Qaradağ Lökbatan”ı yüksək yerlərdə görəcəyik”.
Qeyd edək ki, I Liqanın XII turunun “Qaradağ Lökbatan” - “Cəbrayıl” matçı 2:0 hesabı ilə yekunlaşıb.
İsmayıl Xeyrullayev
- AFFA "Futbolda istedadların aşkarlanması və oyunçu seçimi" mövzusunda vebinar təşkil edib
- AFFA-nın APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000 nəfəri ötüb
- I Liqa: Mövsümün oyun təqvimi açıqlanıb
- "Kəpəz"də yeni müqavilə - RƏSMİ
- “Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək