Misli Premyer Liqasının XXIII turunun “Neftçi” – “Qarabağ” matçından (0:1) sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
"Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdilər. Azlıqda qaldıqdan sonra futbolçuların xarakteri üzə çıxır. Uduzmaq istəmirdilər. Meydandakı mübarizədən görünürdü. Sonda qalibiyyət oldu. Yaxşı, baxımlı oyun getdi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Yaxşı futbol ab-havası var idi. "Neftçi"yə uğurlar arzu edirəm".
- Kevin Medina haqda xüsusi ölçü götürəcəksiz? Özünüz də sərt rekasiya verdiz..
- Belə oyunlarda belə sərt hərəkətlər etmək olmaz. Sadəcə o dəqiqələrdə böyük ehtimalla əsəbiləşmişdi. "Neftçi" azarkeşləri Medinaya nalayiq ifadələr işlətmişdi. O da təsir etdi. Amma hər bir halda, demişəm ki, oyunlarda belə hallar çox olur. Bu cür meydana çıxmaq olmaz. Hər bir insan nə edirsə, özünə edir. Hamı fikirləşməlidir ki, futbol kollektiv oyunudur. Daha dəqiq, daha səlist oynamaq lazımdır. Medinanın öz cəzasını özü verdi. Neçə oyun buraxacaq, cəzalanacaq. 10 nəfərlə qalib gəldik. Belə qələbərin başqa dəyəri var. Futbolçuların xarakterində, oyundan qopmamasında çox köməyi olur.
- “Mingəçevir” yox olmaq təhlükəsi ilə üz-üzə – Komandanın taleyi necə olacaq?
- “Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır
- “Qarabağ” Yankoviçlə bağlı yayılan xəbərlərə son qoydu - RƏSMİ AÇIQLAMA
- AFFA rəsmisinə beynəlxalq təyinat
- Afrikada ilin ən yaxşısı adına namizədlər: Osimhen və Salah siyahıdan kənarda