“Şamaxı”dan yeni transfer
11.06.2026 - 09:45
“Şamaxı”dan yeni transfer

“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bölgə təmsilçisi mərkəz müdafiəçisi Emin Rüstəmovu heyətinə qatıb.

U-21 millimizin üzvü olan Rüstəmov növbəti iki mövsümü “Şamaxı”da keçirəcək.

Qeyd edək ki, Emin Rüstəmov 2025/26 mövsümünün ikinci yarısını “Karvan-Yevlax”ın heyətində keçirib.