"Şəfa"dan növbəti transfer: Son çempion Bakı klubunda
09.06.2026 - 12:11
Misli Premyer Liqasının yeni komandası "Şəfa" növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, Bakı təmsilçisi qapıçı Nicat Mehbalıyevlə 1 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nicat Mehbalıyev son olaraq "Sabah"ın formasını geyinib və ötən mövsüm Misli Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olub.
25 yaşlı qolkiper karyerası ərzində "Qarabağ"ın da şərəfini qoruyub. O, müxtəlif vaxtlarda icarə əsasında "Sumqayıt" və "Qəbələ" klublarında çıxış edib.
0
0