"Turan Tovuz" Türkiyə klubuna qarşı
29.07.2025 - 11:58
"Turan Tovuz" Türkiyə klubuna qarşı

"Turan Tovuz" bu gün növbəti yoxlama matçını keçirəcək.

Apasport.az xəbər verir ki, "boz qurdlar" "Keçiörengücü" ilə qarşılaşacaq.

Türkiyə 1-ci Liqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Turan Tovuz" Boludakı ilk sınaq matçında "Çorum"la (Türkiyə) heç-heçə edib – 1:1.