
“Zirə” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, qəsəbə təmsilçisinin hücumçusu Rafael Utziq zədə səbəbindən Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Şamaxı” və Misli Premyer Liqasının 16-cı turunun “Kəpəz”lə qarşılaşmalarını buraxacaq.
Onun müalicəsi yaxşı alınarsa, braziliyalı forvard ikinci dövrənin son iki turunda “Turan-Tovuz” və “Səbail”ə qarşı oynaya biləcək. Qeyd edək ki, XV turun “Sumqayıt”la oyununda zədə aldığı üçün Utziq 27-ci dəqiqədə meydanı tərk edib. Komandanın kapitanı Qismət Əliyev üçün isə il başa çatıb.
Məşqdə zədələnmiş müdafiəçi komandaya bir də gələn il kömək olacaq.
- Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ
- "Karvan" ev oyunlarını harada keçirəcək? - Süni ot örtüyü...
- “Neftçi” rəsmisi: “Samir Abasov gələndən çox şey dəyişib”
- FIFA referisi “Araz-Naxçıvan”ın oyununa təyinat alıb
- Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb