Arnautoviç Avstriya tarixinə düşdü: ƏN QOCAMAN MÜƏLLİF
17.06.2026 - 14:57
Arnautoviç Avstriya tarixinə düşdü: ƏN QOCAMAN MÜƏLLİF

Avstriya millisinin hücumçusu Marko Arnautoviç DÇ-2026-da tarixi göstəriciyə imza atıb.

Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu yığma komandanın dünya çempionatları tarixində ən yaşlı qol müəllifi olub.

Arnautoviç qrup mərhələsinin I turunun İordaniyaya qarşı keçirilən matçında fərqlənib. O, 3:1 hesabı ilə başa çatan görüşün əlavə dəqiqələrində penaltini dəqiq yerinə yetirib.

Forvard 37 yaş 59 günlüyündə qol vuraraq Toni Polsterin rekordunu yeniləyib. Polster 1998-ci il dünya çempionatında Kamerunla oyunda 34 yaş 93 günlüyündə fərqlənmişdi.

Qeyd edək ki, Avstriya millisi DÇ-2026-nın J qrupunda növbəti oyununu iyunun 22-də Argentinaya qarşı keçirəcək. Görüş Dallasda baş tutacaq.