DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimləri bəlli oldu
10.06.2026 - 18:40
DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimləri bəlli oldu

Türkiyə milli komandasının DÇ-2026-nın final mərhələsində keçirəcəyi ilk oyunun hakimləri məlum olub.

Apasport.az xəbər verir ki, Avstraliya ilə matçı Venesueladan olan ədalət təmsilçiləri idarə edəcək.

Görüşün baş hakimi Jesus Valensuala olacaq. Ona yan xətlərdə Jorje Urreqo və Tulio Moreno köməklik göstərəcək.

Qeyd edək ki, Avstraliya - Türkiyə qarşılaşması 14 iyun tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 08:00-da start götürəcək.