DÇ-26: PULİŞİÇ SIRADAN ÇIXDI
13.06.2026 - 11:49
DÇ-26: PULİŞİÇ SIRADAN ÇIXDI

ABŞ millisi ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Kristian Pulişiç zədələnib.

Bu barədə ABŞ yığmasının baş məşqçisi Maurisio Poçettino DÇ-2026-nın qrup mərhələsində Paraqvayla oyundan sonra mətbuata açıqlamasında bildirib.

Mütəxəssis Pulişiçin ayağına zərbə aldığını və bu səbəbdən onu fasilədə əvəzlədiyini deyib. Futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

Qeyd edək ki, ABŞ millisi Paraqvayı 4:1 hesabı ilə məğlub edib.