
Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Apasport.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
"Çelsi" səfərdə Polşa klubu "Legiya"nın qonağı olub. Qonaqlar rəqibinə heç bir şans tanımayıb. Görüş "zadəganlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun digər matçında "Real Betis" öz meydanında "Yagelloniya"nı 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.
UEFA Konfrans Liqası
1/4 final mərhələsi, ilk oyunlar
10 aprel
20:45. "Legiya" (Polşa) - "Çelsi" (İngiltərə) 0:3
23:00. "Betis" (İspaniya) - "Yagelloniya" (Polşa) 2:0
23:00. “Sele” (Sloveniya) - "Fiorentina" (İtaliya) 1:2
23:00. "Yurqorden" (İsveç) - "Rapid" (Avstriya) 0:1
- ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- Çempionlar Liqası: “Arsenal” və “İnter” yarımfinalda - YENİLƏNİB
- Çempionlar Liqası əvəzinə Avropa Liqasının himni səsləndirildi - VİDEO
- ÇL: Ev sahibləri qalib gəldi, qonaqlar mərhələ adladı - YENİLƏNİB
- Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb