"Çelsi" “Qarabağ”la bacarmadı - YENİLƏNİB
05.11.2025 - 23:39
"Çelsi" “Qarabağ”la bacarmadı - YENİLƏNİB

“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyuna çıxıb.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Çelsi”ni qəbul edib.

İngiltərə təmsilçisi ilə görüşə saat 21:45-də start verilib.

Gərgin keçən oyunda azarkeşlər 4 qola şahidlik ediblər. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Çempionlar Liqası
Liqa mərhələsi, IV tur

5 noyabr

21:45 Qarabağ – Çelsi (İngiltərə) 2:2
Qol: Estevao, 16, A. Qarnaço, 53, L. Andrade, 29, M. Yankoviç, 39-p. 

Baş hakim: Sebastyan Qishamer (Avstriya)
Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Meteus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), Kamilo Duran

Baş məşqçi: Qurban Qurbanov

"Çelsi": 1. Robert Sançes, 3. Mark Kukureya, 4. Tosin Adarabioyo, 21. Yorrel Ato, 24. Ris Ceyms (k), 17. Andrey Santos, 45. Romae Lavia, 32. Tirik Corc, 11. Ceymi Gittens, 41. Estevao, 20. Joao Pedro

Baş məşqçi: Entso Mareska