Cənubi Koreya millisinin hücumçusu Son Hın-Min dünya çempionatları tarixində xüsusi göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, 33 yaşlı futbolçu DÇ-2026-nın A qrupunda Çexiyaya qarşı keçirilən I turun matçında meydana çıxıb.
Start heyətində yer alan və 69-cu dəqiqədə əvəzlənən Son Hın-Min bununla da karyerasında 4-cü dəfə mundialda iştirak edib. O, 2014, 2018, 2022 və 2026-cı illərdə dünya çempionatında forma geyinib.
Son Hın-Min Cənubi Koreya millisinin tarixində bunu bacaran ikinci futbolçu olub. Daha əvvəl hazırda yığmanın baş məşqçisi olan Hon Myanq-Bo da 4 dünya çempionatında çıxış edib.
Qeyd edək ki, Cənubi Koreya Çexiyaya 2:1 hesabı ilə qalib gəlib.
- DÇ-2026: Cənubi Koreyadan geridönüş - YENİLƏNİB
- DÇ: 104 oyunun hamısı canlı yayımlanacaq - 92-si İTV-də, 12-si CBC Sport-da
- İnfantino ABŞ-la bağlı peşman deyil: “Problemlərlə məşğul olmağa öyrəşmişəm”
- Lionel Skaloni: "Futbolçular elə qaçırlar, sanki sabah yoxdur"
- DÇ-26: Hansı oyun, saat neçədə, hansı kanalda?