Bu gün Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürəcək.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 9 idmançısı medallar uğrunda mübarizə aparacaq.
Qadınlar arasında Fəridə Mirzəyeva (48 kiloqram), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Aytac Qardaşxanlı (63 kiloqram) tatamiyə çıxacaqlar.
Kişilər arasında isə Hüseyn Allahyarov, Murad Muradlı (hər ikisi 60 kiloqram), Rüfət Şövlətov və Əbil Yusubov (hər ikisi 73 kiloqram) güclərini sınayacaqlar.
Qeyd edək ki, noyabrın 17-dək davam edəcək yarışda Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.
- Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışına start verilib
- Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub
- Cüdo üzrə Bakı birinciliyinə start verilib
- Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər