Macarıstanın Tata şəhərindəki Olimpiya Kompleksində Azərbaycan komandasının da qatıldığı Avropa Cüdo İttifaqının (EJU) düşərgəsinin açılış mərasimi olub.
Apasport.az xəbər verir ki, qurumun prezidenti Laslo Toth açılış nitqində bu düşərgənin təkcə Avropa çempionatına deyil, həm də iyunun əvvəlində Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıq baxımından əhəmiyyətini vurğulayıb.
O, həmçinin Los Anceles-2028 yolunda yeni Olimpiya dövrünün başlanğıcını qeyd edib.
Paris-2024 Olimpiya çempionları və medalçılarının təltif edilməsi mərasimi də keçirilib. Onların bir çoxu hazırda Tatada olduğundan, EJU tərəfindən ehtiram əlaməti olaraq onlara xüsusi xatirə lövhəsi verilib.
Toth Olimpiya çempionlarımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevə (100 kq) də həmin mükafatları təqdim edib.
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
- Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb
- Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək