Cüdoçumuz Qazaxıstandan qızıl medalla qayıdır
12.10.2024 - 23:12
Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya turnirinə uğurlu start veriblər.
Apasport.az xəbər verir ki, yığmamız günü 1 qızıl medalla başa vurub.
60 kq çəki dərəcəsində Murad Muradlı bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
- Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb
- Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək
0
0