Paracüdoçumuz Dürsədəf Kərimova (J2 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında medal şansını davam etdirir.
Apasport.az xəbər verir ki, o, bürünc medal uğrunda görüşə çıxacaq.
+70 kq çəkidə mübarizə aparan idmançımız təsəlliverici görüşdə fransalı Prescilliya Leze ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kərimova mükafat iddiasını davam etdirib.
***
12:14
Paracüdoçumuz Dürsədəf Kərimova (J2 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.
Apasport.az xəbər verir ki, 70 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı 1/4 finalda Souza Silva (Braziliya) ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Kərimova təsəlliverici görüşə qatılacaq.
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
- Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb
- Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək