Beynəlxalq Cüdo Federasiyası (IJF) dünya reytinqini yeniləyib.
Apasport.az xəbər verir ki, siyahıda azərbaycanlı idmançılardan bəzilərinin mövqeyində dəyişiklik olub.
O cümlədən, Avropa çempionu Elcan Hacıyev (90 kq) iki pillə irəliləyərək 6-cı yerə yüksəlib. Balabəy Ağayev (60 kq) isə səkkiz mövqe itirərək reytinqdə xeyli geriləyib. İndi o, 16-cıdır.
Digər idmançılarla bağlı dəyişiklik yoxdur. Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) reytinqə inamla başçılıq edirlər.
Zelim Tskayev (81 kq) səkkizinci, Uşanqi Kokauri (+100 kq) isə onuncu yerdə qalıb.
Qadınlarda isə 24-cü olan Leyla Əliyeva (48 kq) ən yaxşı göstəriciyə malikdir.
- Şəkidə Şimal-Qərb bölgəsi üzrə cüdo birinciliyi keçirilib
- Dünya çempionatının keçirilmə tarixi dəyişdirilib
- 14 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşib
- Cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək
- Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək