Elmar Qasımov “Böyük Dəbilqə”nin ilk görüşündə məğlub oldu
23.03.2025 - 12:15
Bu gün Azərbaycanın bir cüdoçusu Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulub.
Apasport.az xəbər verir ki, kişilər arasında 100 kq çəki dərəcəsində Elmar Qasımov tatami üzərinə çıxıb.
Cüdoçumuz ilk görüşdə İmeda Qoqoladzeyə (Gürcüstan) məğlub olub.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri yarışın ilk iki gününü medalsız başa vurub. Turnirə bu gün yekun vurulacaq.
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
- Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb
- Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək
0
0