Goranboyda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
10.12.2024 - 15:08
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Apasport.az xəbər verir ki, imtahanlarda 500-dən çox cüdoçu müxtəlif kəmər dərəcələri üzrə imtahan verib.
İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.
- Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışına start verilib
- Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub
- Cüdo üzrə Bakı birinciliyinə start verilib
- Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
0
0