Güləşçilərimizdən 4 medal
14.10.2024 - 19:58
Xorvatiyanın Poreç şəhərində veteran güləşçilərin dünya çempionatı keçirilib.
Apasport.az xəbər verir ki, mundialda 4 həmyerlimiz fəxri kürsüyə qalxıb.
A kateqoriyasında sərbəst güləş üzrə Cəlal Süleymanov (62 kq) və Elçin Həsənov (70 kq), yunan-Roma güləşi üzrə Elgiz Məmmədov (100 kq) bürünc medal qazanıb. C kateqoriyasında isə sərbəst güləşdə Cəlal Abdulov (130 kq) dünya üçüncüsü olub.
Qeyd edək ki, mundialda III dərəcəli beynəlxalq hakim Kamran Baxışovla milli dərəcəli hakim Qədim Qurbanov ədaləti qoruyub. Baxışov II, Qurbanov isə III kateqoriyaya yüksəlmək üçün imtahan verib.
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"
- Cüdo üzrə ölkə çempionatında fərdi mübarizələr başa çatıb - FOTO
0
0