Hidayət Heydərov (73 kq) Beynəlxalq Cüdo Federasiyasının (İJF) dünya reytinqinin mütləq lideridir.
Apasport.az xəbər verir ki, təmsilçimiz bütün çəki dərəcələrində çıxış edən cüdoçular arasında ən yüksək reytinqli idmançı ünvanını qoruyur.
Dünya çempionunun 8798 xalı var. Abu-Dabidəki qızıl medal Azərbaycan idmançısına cədvələ uzun müddətdir başçılıq edən belçikalı Matias Kasseni (81 kq) keçməyə imkan verib.
Hazırda Matias ikinci (7932), digər azərbaycanlı cüdoçu Zelim Kotsoyev (100 kq) isə üçüncü yerdədir. Dünya çempionumuzun hesabında 7022 xal var.
Qeyd edək ki, hər iki cüdoçu hazırda Azərbaycan millisinin Poreçdəki (Xorvatiya) təlim-məşq toplanışındadır.
- Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- Hidayət Heydərov: "Yenidən zirvəyə qayıdacağıma əminəm"
- Zelim Kotsoyev: "Qran-pridəki final görüşündə Hidayətin səsini eşidirdim"
- Cüdoçularımız Qran-prini 9 medalla başa vurublar
- Azərbaycan cüdoçuları Qran-pridə 2 qızıl, 1 bürünc medal qazanıblar