Hidayət Heydərov İslam Oyunlarının yarımfinalında - FOTO - YENİLƏNİB
08.11.2025 - 16:05
Hidayət Heydərov İslam Oyunlarının yarımfinalında - FOTO  - YENİLƏNİB

Azərbaycanın cüdoçusu Hidayət Heydərov (73 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi oyunlarında finala vəsiqə qazanıb. 

Apasport.az xəbər verir ki, o, yarımfinalda Tacikistan təmsilçisi Abubakr Şerova ipponla qalib gəlib.

İdmançımız bu nəticə ilə ən azı gümüş medalı təmin edib.

***
14:07

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Hidayət Heydərov növbəti qələbəsini qazanıb.

Təmsilçimiz 1/4 final mərhələsində Qambiya təmsilçisi Faye Aleks Nije ilə üz-üzə gəlib.

Görüş Hidayət Heydərovun Yuka xalı ilə qələbəsi ilə başa çatıb və o, adını yarımfinal mərhələsinə yazdırıb.

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi 21 noyabrda keçiriləcək.