Olimpiya çempionu Hidayət Heydərov (73 kq) bütün çəki dərəcələri üzrə cüdoçular arasında reytinqdəki liderliyini qoruyur.
Apasport.az xəbər verir ki, dünya reytinq sıralamasında 1-ci yerdə qərarlaşan azərbaycanlı idmançının ümumi xalları 9004-dür.
Olimpiadadan sonra Heydərovun göstəricisi 10004 xal idi, lakin zaman keçdikcə reytinq siyahısında bəzi dəyişikliklər baş verib və əvvəlki nəticələrin reytinqdəki çəkisi azalıb.
İkinci sırada digər Olimpiya çempionu Zelim Kotsoev (100 kq) yer alıb. Onun isə 7762 xalı var.
Üçüncü yeri isə gürcüstanlı Olimpiya çempionu Tato Qriqalaşvili (81 kq) tutub - 7335 xal.
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"
- Cüdo üzrə ölkə çempionatında fərdi mübarizələr başa çatıb - FOTO