Yaponiyanın olimpiya və dünya çempionu olmuş cüdoçuları Bakıda keçiriləcək "Böyük Dəbilqə"də çıxış edəcəklər.
Apasport.az xəbər verir ki, qadınlar arasında olimpiya, üçqat dünya çempionu Natsumi Çunoda (48 kq), olimpiya və dördqat dünya çempionu Uta Abe (52 kq) tatamiyə çıxacaqlar.
Kişilərdə olimpiya və dünya mükafatçısı Ryuju Naqayama (60 kq), dünya mükafatçısı Tatsuki İşihara (73 kq), olimpiya və dünya mükafatçısı Sanşiro Murao (90 kq) mübarizə aparacaq.
Həmçinin ikiqat Olimpiya və üçqat dünya çempionu Ono Şoheyinin də məşqçi kimi Yaponiya nümayəndə heyətinin tərkibində Bakıya gələcəyi gözlənilir. Ümumilikdə Yaponiya Bakıdakı turnirdə 19 idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 14-16-sı aralığında Milli Gimnastika Arenasında baş tutacaq.
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
- Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb
- Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək