Yeniyetmə cüdoçularımız Dünya Çempionatında çıxış edəcək
30.08.2024 - 18:07
Dünya çempionatının üçüncü günündə 3 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq
Apasport.az xəbər verir ki, 30 avqustda Perunun paytaxtı Limada keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında 2 çəki dərəcəsində 3 cüdoçumuz güclərini sınayacaq.
Yarışın üçüncü günündə oğlanlar arasında -73 kq. çəkidə Cəsur İbadlı,-81 kq. çəkidə Mehdi Abbasov və Əli Qazıməmmədov tatamiyə çıxacaq.
Qeyd edək ki, ilk görüşlər Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
- Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb
- Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək
0
0