Heydər Əliyev Fondunun təşəbbüsü ilə sayca 7-ci dəfədir təşkil edilən “Bakı marafonu-2024” keçirilib.
Apasport.az-ın xəbərinə görə, “Küləyə qalib gəl” şüarı ilə təşkil edilən marafonda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) da iştirak edib.
Marafona federasiyanın rəhbər heyəti, məşqçilər və idmançılar qatılıb.
Məlumat üçün bildirək ki, “Bakı marafonu 2024”də 18 mindən çox iştirakçı yarışıb. Həmçinin marafona 200 nəfərdən artıq fəxri qonaq, 6 mindən çox tələbə, tanınmış incəsənət nümayəndələri, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər və digər ölkələrdən qoşulublar.
“Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonun start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub. Marşrut Dənizkənarı bulvar ərazisindən keçməklə şəhərin mərkəzi küçə və prospektlərini əhatə edib.
- Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
- Azərbaycanda ilk dəfə Avropa Kanoe Assosiasiyasının ofisi açılıb
- Beynəlxalq federasiya rəhbərləri Bakıda avarçəkmə məşqlərini izləyiblər
- Kayak və kanoe növləri üzrə ölkə birinciliyi keçiriləcək
- Mingəçevirdə avarçəkmə üzrə Federasiya Kuboku keçiriləcək