Paris-2024: Avarçəkənimiz 17-ci oldu
03.08.2024 - 11:45
Paris-2024 Yay Olimpiya Oyunlarının avarçəkmə yarışları davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan avarçəkəni Diana Dımçenko Olimpiadadakı çıxışını başa vurub.
2000 m məsafəyə fərdi avarçəkmədə çıxış edən idmançımız C finalında yarışıb. 1-ci zolaqda çıxış edən təmsilçimiz finişə 5-ci çatıb. O, yekunda 17-ci yeri tutub. Diana məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edib.
Qeyd edək ki, Diana Paris-2024-ə bu növdə qatılan yeganə təmsilçimizdir.
- Azər İlyasov Açıq Litva çempionatında mübarizə aparacaq
- Azərbaycan avarçəkənləri Litvada keçiriləcək beynəlxalq reqatada iştirak edəcəklər
- Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək
- Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyada ikinci qızıl medalını qazanıb
- Təmsilçimiz Avropa çempionatında qızıl medal qazanıb
0
0