Ümummilli Lider Heydər Əliyevin 101-ci il dönümünə həsr olunan avarçəkmə üzrə “Prezident kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi baş tutub.
Apasport.az xəbər verir ki, tədbir Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilib.
Tədbirdə kanoe-kayak və akademik avarçəkmə növündə qalib olan ölkələrə kubok təqdim olunub. Kaneo-kayakda Gürcüstan millisi, akademik avarçəkmədə isə Özbəkistan birinci yeri tutub.
Qalib komandalara mükafatları Azərbaycan Kaneo və Avarçəlmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli təqdim edib.
Rəsmi hissədən sonra mərasim bədii hissə ilə davam edib. Müxtəlif milli rəqslər qruplarının çıxışı nümayiş etdirilib, müğənni Hissin hit mahnıları səsləndirilib. Sonra hava atəşfəşanlığı olub.
Qeyd edək ki, Azərbaycan yığması turniri 9 medalla başa vurub.
- Azər İlyasov Açıq Litva çempionatında mübarizə aparacaq
- Azərbaycan avarçəkənləri Litvada keçiriləcək beynəlxalq reqatada iştirak edəcəklər
- Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək
- Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyada ikinci qızıl medalını qazanıb
- Təmsilçimiz Avropa çempionatında qızıl medal qazanıb