“Araz-Naxçıvan” futzal klubu mövsümün ilk transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, ölkə çempionu braziliyalı futzalçı ilə müqavilə imzalayıb.
"Andrezinyo" ləqəbli 26 yaşlı Andre Korrea dos Santos Junior mövsümün sonuna qədər "qırmızı-ağlar"ın formasını geyinəcək.
“Sao Lourenço”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarında debüt edən hücumameyilli futzalçı yanvarın 11-də Bakıya gələcək və yeni komandası ilə oynayacaq.
Qeyd edək ki, Yüksək Liqanın liderini dekabrda Eriko Dannilo, Xətai Bağırov və İsa Atayev tərk edib. Daha doğrusu, Eriklə başa çatan müqavilənin müddəti uzadılmayıb, Bağırov və Atayev isə xarici klubdan dəvət alıb.
- Əmrah Çəlikəl: “Üçüncü ulduzumuzu da görmək istəyirəm”
- “Liverpul”da ciddi İTKİ
- Renat Dadaşova Bundesliqadan təklif - EKSKLÜZİV
- "Bavariya" Müllerlə müqaviləni uzadacaq
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB