“Beşiktaş”ın kapitanı dəyişib
18.10.2025 - 00:11
“Beşiktaş” futbol klubunun kapitanlıq heyətində yenilik edilib.
Apasport.az xəbər verir ki, klubun prezidenti Serdal Adalı və İdarə Heyəti bu barədə qərar verib.
Yeni qərara görə, komandada birinci kapitan vəzifəsinə Orkun Kökçü, ikinci kapitan vəzifəsinə isə Vilfred Ndidi təyin olunub.
Bu dəyişiklik texniki heyətin meydanda daha təsirli mövqedə çıxış edən futbolçuların liderlik roluna gətirilməsi təklifinə uyğun olaraq həyata keçirilib.
Qeyd edək ki, daha öncə kapitan vəzifəsi Necip Uysal və Mert Günoka tapşırılmışdı.
- “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi baş tutacaq
- Miodraq Bojoviç: "Əsas olan mərhələ adlamaqdır"
- Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib
- “Araz-Naxçıvan”ın futbolçusu: “Bu nəticəni qazanan komanda zəif ola bilməz” - MÜSAHİBƏ
- "Benfika"nın baş məşqçisi "Çelsi"ni hörmətsizlikdə günahlandırdı
0
0