Cəlal Hüseynov pley-off mərhələsində
14.08.2025 - 23:48

Cəlal Hüseynov UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.
Apasport.az xəbər verir ki, onun çıxış etdiyi "Arda" III təsnifat mərhələsini uğurla tamamlayıb.
Komanda evdə "Kauno Jalgiris"ə (Litva) 2:0 hesabı ilə qalib gəlib. Start heyətində yer alan Hüseynov qarşılaşmanı əvəzolunmadan başa vurub.
Qeyd edək ki, "Arda" pley-off mərhələsində "Rakov" (Polşa) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
0
0