Qaliblər tay-brekdə məlum olacaq
23.08.2023 - 20:44
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda medalların taleyinə tay-brekdə aydınlıq gələcək.
Apasport.az saytı xəbər verir ki, üçüncü yer uğrunda ikinci oyunda Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub.
İlk oyunda Nicat qalib gəldiyindən ümumi hesab bərabərləşib. Finalın ikinci oyununda da eyni hesab qeydə alınıb. Norveçli Maqnus Karlsen Hindistan şahmatçısı Rameşbaba Praqnanandxa ilə xalları yarıya bölüb.
Qeyd edək ki, mükafatçılar sabah tay-breyk görüşlərindən sonra müəyyələşəcək.
- Vitor Pereyra: “Arda adını “Real”ın tarixinə yazdıracaq”
- Təmsilçimiz bürünc medal uğrunda mübarizə aparacaq
- "Fənərbaxça"ya növbəti təklif: Əvvəl Premyer Liqa klubu, indi isə İtaliya nəhəngi
- Premyer Liqamızda “100”ü keçənlər - SİYAHI
- Qəbələ-Xankəndi ultramarafonunun qalibi: “Dünya bu gözəllikləri görməlidir”
0
0