
"Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Sonda yorulmuşdular, çox əziyyət çəkdilər. Rəşad Sadıqovu təbrik edirəm. Daha da mübariz komanda formalaşdırıb. Bizə çox da imkan verilmədi oynamağa. Daha düzgün və ağıllı müdafiə qurulmuşdu, düşünülmüş hücumlar var idi. Onlara uğurlar arzu edirəm. Azarkeşlərimizə də təşəkkür edirəm".
- Hazırkı Benzianın oyunundan nə dərəcədə razısız?
- Onun o mövqedə oynamasından razıyam. Meydandakı düşüncəsi, oyunu idarə etməsi, oyunu oxuması çox razıyam. Sadəcə bu gün daha yorğun idi. Top itkiləri çox oldu. Tək onda yox, digərlərində də var idi. Benziadan ümumən razıyam.
- Kadinin zədəsi ciddidir?
- Özü çıxdı kənara, oynaya bilmədi. Böyük ehtimalla ciddi olmaz. Amma ayağında şiş var. Qarşıdakı günlərdə vəziyyəti bilinəcək.
- Ölkə kubokunun yarımfinal mərhələsini əcnəbi hakimlərin idarə etməsini dəstəkləyirsiz?
- Xeyr.
- "Araz-Naxçıvan"la görüşdə planşeti sındırsanız da, AFFA İntizam Komitəsi sizi cəzalandırmadı. Sizcə, nüfuzunuzda çəkindikləri üçün sizi cəzalandırmadılar?
- Niyə cəzalandırsınlar? Hakimin üzünə etiraz etmədim, meydana da girmədim. Sadəcə ümumi epizoda dərindən baxsaq, tək hakimə əsəbiləşi bir şey yox idi. Öz oyunçumuza da əsəbiləşirdim. Kənarda oturası deyilik ki. Öz planşetimi. Versələr də, problem yoxdur. Əgər haqlıdılarsa, problem yoxdur.
- AFFA İcraiyyə Komitəsində fəaliyyətinizin bir ili tamam oldu. Sizcə, geridə qalan bir ildə Azərbaycan futboluna nə qədər fayda verə bildiz?
- Bir ilə nəsə etmək elə də asan deyil. Sadəcə ümmi gedişat necə olur, gələcəyə necə baxılır, orada olan müzakirələri nəzər lasaq, gələcək üçün xeyli işlər nəzərdə tutulub. Bir neçə ildən sonra bəhrəsini verəcək.
- AFFA İcraiyyə komitəsi son toplanışında aşağı yaş qruplarından ibarət yığma komandalarımızda uğursuz məşqçiləri vəzifəsində saxladı. Sizcə, səhv qərar deyil?
- Mənə İcraiyyə Komitəsi ilə bağlı suallar verməyin. Orada nə müzakirə olunursa, mediyaya ətraflı məlumat verilir. Lazım olanda orada fikir bildirirəm. Belə açıqlama veriləsi sual deyil. Üzrlü hesab edin. Bəzən elə fikirlər görürsən ki, qarışıqlıq yaradır.
- "Zirə"dən 15 xal öndəsiz. Erkən çempion da ola bilərsiz. Bu barədə fikriniz necədir?
- 15 xal ciddi rəqimdir. Bundan qabaq deyəsən 12 xal idi. Hiss olunur ki, futbolçularda arxayınçılıq var. Niyə üzərilərinə çox getmirəm? Neçə illərdir gərgin sezon keçiririk. Futbolçularda fiziki, psixoloji yorğunluq olur. Hətta futboldan sanki doyublar. O qədər yorğun olurlar. Bəzən belə oyunlarda sanki oynaması mənim gələcək planlarım üçün daha faydalı olur. İlboyu bunlardan nə qədər tələb etmək olar? Ciddi olmalıyıq, qalib gəlməliyik. 3-5 il o bazanı yığıb-saxlayır. Sonra tükənirş Futbolçularda indi o haldır. özümü məşqçi olaraq çalışıram ki, toparlayım. Mənim də yorğun vaxtlarım olur. Oyunlara hazır olduğum vaxtlar olur. Vəziyyətin belə olması futbolçularıma da böyük faydası olacaq. Biri daha rahat çıxırlar meydana. Biz bütün oyunlara qələbə üçün çıxacağıq. O qələbə ruhunu qorumaq istəyirik.
- ÇL-ə 1-ci turdan başlamaq sizin üçün sərfəlidir, yoxsa 2-ci mərhələdən?
- Bizə sərf edən minimum 3-cü mərhələdir(gülür). Ən azından AL-i təmin etmiş olardıq. Çempionatımız bitir. Kubokun finalı çıxacayıqsa, yox görəcəyik. İstirahət vaxtımız uzanacaq. Milli komanda da . Birinci mərhələdən başlamaq bizə çox böyük zərbə olardı. İstəyrdim ki, 2-ci turdan başlayaq.
- Azarkeşlərə iki kuboku söz verirsiz?
- Nə qədər demişəm ki, istəmirəm ikisini qazanım? Azarkeşlər məndən bunu tələb etmirlər. Onlar bilirlər ki, uğurlar istəyirəm. Futbol elədir ki, tələb çox da düzgün yanaşma deyil. Hamı titul qazanmaq istəyir. Bir-birimizi dayaq olmalıyıq, uğurda da, uğursuzluqda da.