Yusuf Laval: "Növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik"
10.08.2022 - 21:02
“Bizi güclü rəqiblə çətin oyun gözləyir”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Yusuf Laval Konfrans Liqasının III təsnifat mərhələsində Avstriya klubu “Rapid”lə sabah keçiriləcək cavab oyunu barədə danışarkən deyib.
Nigeriyalı yarımmüdafiəçi Bakıdakı 2:1 hesablı qələbə qazanan komandasının bu üstünlüyü səfərdə də qorumağa çalışacağını söyləyib: “Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə adlayaq”.
Qeyd edək ki, sabah Vyanada keçiriləcək "Rapid" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
- "Araz-Naxçıvan" millinin üzvü ilə güclənib
- Gimnastika üzrə Azərbaycan birinciliyində ilk günün qalibləri bəlli olub
- Bakıda Taekvondo üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək
- Oduva: “Qarabağ”a niyə bu liqada olduğumuzu göstərməliyik” - MÜSAHİBƏ
- Təmsilçilərimiz "Abu Dhabi International Chess Festival"da
0
0