Akunya Premyer Liqada
17.08.2023 - 11:22

“Sevilya”nın futbolçusu Markos Akunya karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, argentinalı müdafiəçi “Aston Villa”ya keçəcək.
Onun transferi ilə bağlı razılıq əldə olunub. 31 yaşlı futbolçu yaxın müddətdə tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.
Qeyd edək ki, Akunya 2020-ci ilin sentyabrından “Sevilya” forması geyinir.
- Azərbaycan millisinin "Türkdilli Ölkələr Turniri" üçün heyəti bəlli olub
- Zona birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib
- Güləşçilərimizin rəqibləri bəlli olub
- İrəvanda medal qazanan türkiyəli idmançılar: "Qələbəmizi Azərbaycana ərməğan edirik" - VİDEO
- Emreli het-trik etdi, “Nürnberq” qələbə qazandı - YENİLƏNİB
0
0